Rejimin qurutduğu Urmiya gölünün cənubuna su çatdırılmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cənubi Azərbaycanda yerləşən Urmiya gölünün cənub hissəsinə su çatdırılmayacaq. Uzun müddətdir gizlədilən bu planı Cənubi Azərbaycanın Urmiya şəhərinin məclisdəki millət vəkili Hadi Bahaduri açıqlayıb.

O, mövzu ilə bağlı deyib: “Urmiya Gölünü Bərpa Mərkəzi hazırda gölün cənub hissəsinə su axıtmağı planlaşdırmır. Gölə 14 milyard kubmetr su daxil olsa belə, yenə də onun bəzi yerləri, o cümlədən, cənub hissəsinin bir çox yeri susuz qalacaq və o nöqtələrə su çatmayacaq. Urmiya gölünün normal tutumu 31 milyard kubmetrdən ibarət olduğu halda Urmiya Gölünü Bərpa Mərkəzi göldə suyun həcmini 14 milyard kubmetrə çatdırmağı planlaşdırır. Təəssüflər olsun ki, keçmişdəki təcrübələrə görə, hətta bu layihənin həyata keçirilməsinə də ümid yoxdur”.

Qeyd edək ki, hazırda göldə təxminən, 1.5 milyard kubmetr həcmində su olduğu bildirilir.

Bundan əvvəl Ətraf Mühit Təşkilatının Göl Ekosistemləri Mərkəzinin müdiri Məsud Bağırzadə Kərimi bildirmişdir ki, Urmiya gölünün yarısını bərpa etməklə duz və qum fırtınalarının qarşısını almaq mümkündür. Belə iddialar mətbuatda vaxtaşırı gündəmə gəlir. Məqsəd gölün yalnız bir hissəsi, yəni nisbətən dərin olan şimal hissəsini qoruyub saxlamaq və cənub hissəsini unutmaqdır. Bu o deməkdir ki, bölgədə 3 min kvadratmetrdən daha böyük səhralıq yaranacaq

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın