Şənbə , Aprel 20 2024
azfa

Rejimin qüvvələri Təbrizdə Mehdi Səidi Səxanı yaxalayıb

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini 64 yaşlı azərbaycanlı fəal Mehdi Səidi Səxanı öz evində yaxalayaraq naməlum yerə aparılıb.

Rejimijn məmurları Səidini tutmazdan öncə onun evində axtarış aparmış və bəzi əşyalarını müsadirə edib.

Səidinin qalxanabənzər vəzi, yüksək təzyiq və xolesterol kimi xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Məmurlar öncə Səidinin evinə gedərək qonşuları olduğunu iddia edib. Səidi Səxa evdə deyildi və xanımı evdə tək olub; xanımı onların qonşu olmadığını anlayaraq qapını açmaq istəməyib. Ancaq məmurlar hökmü ilə gəldiklərini iddia edib, qapını qıracaqları ilə təhdid edirlər. Xanımı əlacsız qapını açdıqda, bir neçə şəxsi libaslı məmur evə girərək Səidi Səxanı soruşurlar. Daha sonra onlar evi axtarmağa başlayır, Səidi və ailəsinə aid bir neçə şəxsi əşyanı, o cümlədən, ləptopu müsadirə edərək özləri ilə aparıblar.

Bir müddət sonra Səidinin  xanımı parkinqdən səs gəldiyini eşidərək, parkinqə tərəf gedib. O, məmurlardan birinin Mehdi Səxanın maşınının şüşələrini qıraraq parkinqin içinə apardıqlarını görür.

Sonda, məmurlar Səidinin xanımına onun həbs edilməsindən başqa heç bir məlumat verməyərək, oranı tərk ediblər.

Azərbaycanlı fəalın saxlanma səbəbi və saxlandığı yer barədə heç bir məlumat verməyiblər.

Məmurlar fəalı yaxaladıqdan sonra onun dərmanlarını gəlib evdən almışlar.

Həmçinin yoxlayın

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

Bir cavab yazın