Cümə axşamı , Mart 28 2024
azfa

Rejimin qüvvələri Xoy şəhərindən olan Məhəmmədtağı Əlilunu etirazlarda öldürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələri Xoy şəhərindən olan Məhəmmədtağı Əlilunu etirazlarda öldürüb.

Əldə etdiyimiz məlumatlara görə rejimin məmurları həmin azərbaycanlını Tehranda keçirilən etirazlarda atəş açmaqla şəhid edib.

Rejimin məmurları həmçinin Məhəmmədtağı Əlilunu qətlə yetirdikdən sonra onun qardaşı da məmurlara etiraz edib. Nəticədə rejimin məmurları onu yaxalayıblar. Hələlik şəhidin qardaşının da taleyindən heç bir məlumat yoxdur.

Rejimin qətlə yetirdiyi Məhəmmədtağı Əlilu isə Xoyun Yuxarı Vəşlə kəndində dəfn edilin. Rejimin məmurları şəhidin ailəsinə təzyiq göstərərək dəfn mərasimindən şəkil və film çəklilməsinə ciddi şəkildə mane olublar.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın