Cümə axşamı , Mart 28 2024
azfa

Rejimin rəsmisi Urmiya gölü quruduqda Təbrizin boşaldılmalı olduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölünü qurutduğu halda rejimin Ətraf mühit üzrə rəsmisi Kələntəri Urmiya gölü quruduqda Təbrizin boşaldılmalı olduğuna etiraf etdi.

İrqçi fars rejimin Ətraf Mühiti Mühafizə İdarəsinin rəisi İsa Kəlantəri deyib ki, Urmiya gölü quruyarsa, Təbriz boşaldılmalıdır.

Kələntəri deyib: “Urmiya gölü quruyarsa, Təbriz şəhəri boşaldılmalıdır. Bu gölə 9 milyard tümən sərmayə qoyulmalıdır. Son 20 ildə ortalama 50 mm yağıntının düşməsi və 1,5 dərəcə havanın isinməsi İranın iqlim dəyişikliyinə səbəb olub. Bu dəhşətlidir. Həmçinin, quraqlıq İranın bəzi əyalətlərindəki toz problemi ilə əlaqədardır. Biz daxili tozda kifayət qədər iştirak etdiyimiz üçün kredit qaynaqları baxımından qonşu ölkələrə kömək edə bilmərik”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın