Rejimin terrorçu qüvvələrinin öldürdüyü daha bir azərbaycanlının adı məlum olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələrinin öldürdüyü daha bir azərbaycanlı şəhidin adı məlum olub.

Əslən Güney Azərbaycanın Sarab şəhərindən olan Əlirza Məhəmmədzadə noyabrın 17-də Tehranda Adəran meydanında keçirilən aksiya zamanı qətlə yetirilib.

Azərbaycanlı gəncin irqçi fars rejimin terrorçu qüvvələrinin açdığı atəşə tuş gəldiyi bildirilir. Fəal qardaşının gözü qarşısında həyatını itirib.

Mərhumun cənzası ailəsindən imza alındıqdan sonra niyabrın 21-də yaxınlarına təhvil verilib.

İki uşaq atası olan Əlirza Məhəmmədzadənin 1990-cı ildə doğulduğu bildirilir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın