Rejimin yaxaladığı Əyyub və Davud Şiri vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevralın 26-da irqçi fars rejimin təxminə 3 ay öncə yaxaladığı azərbaycanlı milli-nədəni fəallar Əyyub və Davud Şiri qardaşları mülki vəsiqə girov qoymaqla zaminə buraxılıblar.

Heç bir günahı olmadan noyabr etirazları dövründə yaxalanan azərbaycanlı milli-mədəni fəallar uzun müddət rejimin ETTELAAT İdarəsinin təcridxanasında işgəncə altında dindirilib, son zamanlar isə zindana köçürülmüşdülər.

Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır.

36 yaşlı Davud Şiri isə orta məktəbi bitirib, evlidir və iki övladı var.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın