Şənbə , Yanvar 18 2020
azfa

Rejimin yaxaladığı Şahin Bərzgər telefon əlaqəsində ETTELAAT-da saxlandığını deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər uzun müddət məlumatsızlıqdan sonra ailəsilə qısa telefon əlaqəsində rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsində saxlandığını bildirib.

Azərbaycanlı fəal özü barədə xəbər vermək məqsədilə dekabrın 11-də saat 18:00-da ailəsinə 1 dəqiqəlik zəng etmişdir.

Qeyd edək ki, Azərbaycan rəqsi müəllimi və “Pəyame Nur” Universitetinin hüquq fakültəsinin tələbəsi olan Şahin Bərzgər noyabrın 19-da Təbirzdə, atasının evində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Şahin Bərzgər bundan öncə də dəfələrlə mədəni fəaliyyətinə görə həbs edilmişdi. O, ötən il mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyi üçün 3 aylıq həbs edilmişdi.

Həmçinin oktyabrın 26-da təhlükəsizlik qüvvələri fəalın evinə hücum etmiş, mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 10-cu il dönümündə iştirak etdiyinə görə, onu və qardaşı Şəhruz Bərzgəri yaxalamışdılar. O, 5 gün həbsxanada saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə ilə zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Xameneyi cümə namazında kalaşnikof yerinə snayper silahı götürməklə etiraz edən xalqı qırmağa niyyətini göstərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qaniçən Xamnei dünən cümə namazı zamanı əvvəlkilərdən fərqli …

Ərdəbildə “Azərbaycan nə istəyir?” başlıqlı bildiriş vərəqələri paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 16-da axşam saatlarında Günye Azərbaycanın Ərdəbil şəhərində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir