Ruhani və irqçi rejimin televiziyası ilə dövlət agentliyi PKK terrorçuları kimi Qərbi Azərbaycanı “Urmiya vilayəti” adlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin prezidenti Ruhani, eləcə də irqçi rejimin televiziyası və dövlət agentliyi PKK terrorçuları kimi Azərbaycanı parçalamaq məqsədilə Qərbi Azərbaycanı “Urmiya vilayəti” adlandırır.

2019-cu il martın 7-də rejimin televiziyası, prezident aparatının rəsmi saytı və İran Dövlət İnformasiya Agentliyi Ruhaninin dilindən yaydıqları xəbərdə “Urmiya vilayəti” sözü işlədiblər.

İrqçi rejimin prezidenti Ruhaninin Gilan vilayəti İdarə Şurasındakı çıxışında işlətdiyi sözlər belə kürd terrorçuların xeyrinə təhrif edilib. Belə ki, Ruhani bu dəfə “Urmiya qatarı” sözünü işlədib. Lakin adı çəkilən mətbuat orqanları qərəzli şəkildə Ruhanin sözünü Azərbaycana qarşı təhrif ediblər.

Qeyd edək ki, irqçi rejimin prezidenti Həsən Ruhani də Qərbi Azərbaycanın ziyalıları ilə görüşdə “Urmiya vilayəti” ifadəsini işlətmişdir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın