Cümə axşamı , Aprel 18 2024
azfa

Rus jurnalist Azərbaycan Ordusunun Şuşa ətrafını nəzarətə götürdüyünü deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşada demək olar ki, bir nəfər belə qalmayıb. Azərbaycan Ordusu bu şəhərə çox yaxınlaşıb.

Bu barədə işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz jurnalist fəaliyyəti göstərən ANNA agentliyinin hərbi müxbiri Aleksandr Xarçenko məlumat yayıb.

Bugünədək daim “yenilməz erməni ordusu”nu tərifləyən jurnalist bu gün öz ritorikasını dəyişmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yolu tam nəzarətə götürə bilib.

Daha sonra müxbir erməni hərbçilərin birinə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri barədə sual verib:

“Onlar demək olar ki, Şuşadadırlar”, – deyə əsgər cavab verib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın