Çərşənbə axşamı , Oktyabr 27 2020
azfa

Rus tarixçidən etiraf: Rus zadəganlar 5 əsr türkcə danışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, XI-XVI əsrlər rus aristokratiyası türk dilində danışıb. Bu yüksək təbəqəyə aidliyin qaydalarından sayılırdı. Həmin dövrdə bu dili tatar dili adlandırsalar da, elə eynilə türk dili idi.

Bu sözləri Rusiya telekanallarından birində yayımlanan proqramda rusiyalı tarixçi, tarix elmləri namizədi Vadim Rudakov deyib.

Onun sözlərinə görə, hətta hər kəsə çox yaxşı tanış olan Monomax papağı da araxçının bir neçə dəfə şəklini dəyişməsi ilə yaranıb.

Türk dilinin qədimliyi barədə danışan alim bildirib ki, Qızıl Orda və ondan əvvəlki dövrlərdə rus aristokratiyası qıpçaq dilində danışıb.

Monqol imperiyasının da dili türk dili olub. Öz dövründə bu dövlət ən qüdrətli və zəngin dövlət kimi tanınıb. Bu dili Rusiyada qıpçaq dili kimi tanıyırlar. Avropada qıpçaqları “kumanlar” adlandırıblar. Hətta məşhur Petravets kitabxanasında “Kodeks-Kumanikus” adlı sənəd saxlanılır. Burada sözlər 3 dildədir: kuman (qıpçaq), latın və fars. Bu lüğətə əsasən belə nəticəyə gəlmək olar ki, müasir türk dilləri o dövrlə müqayisədə çox dəyişib”, – tarixçi bildirib.

Həmçinin yoxlayın

Ermənistanın “suriyalı muzdlu” planı de-şifrə oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sentyabrın 27-də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində …

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun zəfəri ilə bağlı təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir