Çərşənbə , Aprel 24 2024
azfa

Rusiya işağlı Ermənistan üçün yeni Atom Elektrik Stansiyası tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan hökuməti Rusiya tərəfinin ölkədə yeni atom elektrik stansiyasının tikintisində iştirakı etməsi üçün Moskva ilə danışıqlar aparır.

Bunu “RİA Novosti”yə açıqlamasında Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Bizim energetika sistemimiz 3 dayaq üzərindədir. Bunlar atom energetikası, termal energetika və hidroenergetikadır. Ermənistan atom energetikasından imtina etməyə hazırlaşmır. Biz Metsamor AES-in qapadılmasından sonra yeni atom stansiyasının tikintisi imkanlarını indidən nəzərdən keçiririk. Biz Rusiyadakı tərəfdaşlarımızla bu perspektivi müzakirə edirik”, – deyə o bildirib.

Qeyd edək ki, Metsamor AES 1980-ci ildən fəaliyyət göstərir.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın