Rusiya Türkiyə ilə birgə Qarabağda əməkdaşlıq edəcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Türkiyə ilə birgə Qarabağ mövzusunda Azərbaycan torpaqlarında yerləşəcək monitorinq mərkəzində əməkdaşlıq edəcəyik.

Peskov qeyd edib ki, Dağlıq Qarabağdakı rus sülhməramlıları atəşkəs rejimini qoruyacaq: “Kontingent əldə olunmuş razılığa uyğun olaraq silahlanıb və müəyyən texnikalara sahibdir. Bu, təhlükəsizlikdir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında Türkiyənin də Ermənistanın işğalından azad olunan Azərbaycan torpaqlarında monitorinq mərkəzində Rusiya ilə atəşkəsə nəzarət və monitorinq fəaliyyəti göstərəcəyi bildirilmişdi.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın