Rusiya Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib. Sənədi iyunun 21-də Rusiya Baş naziri Dimitri Medvedyev imzalayıb.

Qərarda qeyd olunur ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təqdim etdiyi, maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış və Azərbaycan, İran adlanan ölkə, Qazaxıstan və Türkmənistan tərəfləri ilə əvvəlcədən işlənilmiş Xəzər dənizinin hüququ statusu haqqında Konvensiya layihəsi təsdiq olunsun.

Sənəddə bu konvensiyanın imzalanması üçün Rusiya Prezidentinə təqdim olunması təklif olunur.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın