GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Baş Prokurorluğu rusiyalı telejurnalist Svetlana Kulçitskayanın Azərbaycan əleyhinə olan filminin ekstremist xarakterli olub-olmadığını araşdırır.
Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin üzvü Həşim Əliyevin telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” filminin ekstremist xarakterdə olub-olmamasının araşdırılmasına dair müraciəti baxılması üçün Rusiya Federasiyası Baş Prokurorluğunun federal təhlükəsizlik, millətlərarası münasibətlər, ekstremizm və terrorçuluğa qarşı əks-fəaliyyətə nəzarət İdarəsinin böyük prokuroru İ.V. Volxonskaya tərəfindən Sankt-Peterburq prokurorluğuna göndərilib.
Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.
Xatırladaq ki, film bu il martın 11-də Rusiyadakı erməni diasporu tərəfindən Moskvanın Vasilyevskaya küçəsində yerləşən Kino Evində nümayiş olunub.
Həmçinin yoxlayın
Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …
Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …