Rusiyanın işğal etdiyi türk respublikaları ilə düşmənçiliyi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Beynəlxalq Tatar İctimai Mərkəzinin keçmiş sədri, ictimai-siyasi xadim Zinnur Aqliullin Axar.az-a müsahibəsində Tatarstandakı vəziyyət və Başqırdıstanın suverenliyi barədə danışarkən deyib ki, Biz türkdilli yox, türk xalqlarıyıq. Bu, bir növ düşmənlərin bizə türk olmadığımıza dair psixoloji basqısıdır.

 “Rusiyanın türk xalqlarına davranışını belə bir misal üzərində göstərə bilərəm. Quldurun bir evə daxil olduğunu düşünün. Onun məntiqi aydın bəlli olur. Ev sahibi evdədirsə, ilk növbədə onu məhv etməkdən başlayacaq, əks halda evdə heç bir əməliyyat keçirə bilməyəcək. Necə deyərlər, yerli millətlər olmasa, qanuni torpaqlarını tələb edən “ev sahibi” də olmayacaq”.

Zinnur Aqliullinin sözlərinə görə, Rusiya tarixən anti-türk mövqe göstərib:

“Əksi ola da bilməzdi, çünki Rusiya ərazisinin 80%-i, bəlkə daha çoxu türk torpaqlarıdır. 500 il ərzində Rusiya başqa xalqları idarə etməyi çox yaxşı öyrənib”.

Tatar millətçilərinin lideri Tatarstanda vəziyyətin fərqli olduğunu da qeyd edib:

“Moskva onlara varlanmaq şansı verib. Görünür, rəsmi Kreml Tatarstandakı elitanı dəyişmək istəyir. Əzilmə və məhvedilmə cəhdlərinə baxmayaraq, tatarların içindən hər zaman öz sözünü deyən analitik və mütəfəkkirlər baş qaldırıb”.

Z.Aqliullin tarixdə heç vaxt Başqırdıstan adlı dövlət olmadığını da vurğulayıb:

“Onun əvəzinə Başqırd torpaqları, hətta qəbilə ittifağı mövcud idi. Onlar da şübhəsiz, türk xalqıdır. Sadəcə olaraq tatarlar XIX-cu əsrin sonları, XX-ci əsrin əvvəllərində millət halına gəldiyi zaman başqırdların heç vaxt müstəqillik istəkləri olmayıb. Başqırdıstanda hazırda 2 rəsmi dil mövcuddur – rus və başqırd dili. Tatarlar ölkədə 3-cü rəsmi dil olaraq tatar dilinin olmasını tələb edirlər. Başqırd bürokratiyası isə buna izn vermir.

Bilirsiniz ermənilər Başqırdıstana necə gəliblər? Rəhimovun əli ilə. Rəhimovun (Murtaza Rəhimov, Başqırdıstanın sabiq prezidenti – red.) oğlu Ural ermənilərlə dost idi. Onun vasitəsi ilə ermənilər Başqırdıstanda erməni mühiti yaratmaq üçün artıq Ufaya məskunlaşmağa başlayıblar”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın