Cümə axşamı , Mart 28 2024
azfa

Rza Vasiqi Ərdəbil zindanında qardaşının saxlanıldığı bölməyə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı fəal Rza Vasqi 23 noyabrda Ərdəbil zindanının rəisi Sərbaz Codaya göndərilən etiraz məktubundan sonra 5-ci bölmədən qarddaşı Əli Vasiqinin saxlanıldığı 2-ci bölməyə köçürülüb.

Bundan öncə 16 noyabrda azərbaycanlı milli fəalları Əli və Rza Vasiqi qardaşları ailələri ilə telefon danışıqları zamanı zindanın ayrı-ayrı bölmələrinə köçürüldüklərini bildirmişdirlər. Əli Vasiqi zindanın “oğurluq” ittihamı ilə tutuqlananların saxlanıldığı 2-ci bğlməyə, Rza Vasiqi isə “narkomanların”nin saxlanıldığı 5-ci bölməyəa köçürülmüşdü.

Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

İrqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın