Cümə , Aprel 19 2024
azfa

Səid Sadiqifər anasının qırx mərasimindən sonra vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Səid Sadiqifəri dünən 2019-cu il yanvar ayının 31-də anasının qırx mərasimindən sonra 20 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxıldı.

Azərbaycanlı fəal yanvar ayının 28-də yaxalanmışdı. O anasının dəfn mərasimində hazırlatdırdığı plakardlar üçün rejim tərəfindən sistem əleyhinə təbliğatda ittiham edilib.

Rejim həmin fəalı milli məzmunlu plakardlar üçün anasının qırx mərasiminə belə buraxmayıb.

Qeyd edək ki, fəalın anası 40 gün öncə vəfat edib və onun bədən üzvləri bir neçə xəstəyə köçürülərək, onlara yeni həyat verib.

Azərbaycanlı fəalların dəfn mərasimi üçün hazırladığı plakardlar rejimin təhlükəsizlik qüvvələrini özündən çıxarıb.

Azərbaycanlı fəal Səid Sadiqifər isə mədəni fəaliyyətləri üçün dəfələrlə əmniyyət qüvvələri tərəfindən yaxalanıb və işgəncəyə məruz qalıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın