Cümə , Aprel 19 2024
azfa

Səudiyyə Ərəbistanı Ərəb Dünyasını İrana qarşı birləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “CNN” yazır ki, Yaxın Şərqdə silahlanma vüsət alıb, ancaq çoxları bu barədə danışmaq istəmir. Ağ Ev daha çox bir vaxtlar nüvə silahı əldə etməyə çalışan İranla bağlı narahatlıq nümayiş etdirir. Bu ölkənin regiondakı hazırkı strateji statusu gündəmdədir. Halbuki, Yaxın Şərqdə sürətlə silahlanan başqa bir ölkə də var. Ağ Ev xüsusi simpatiya bəslədiyi Səud ailəsi də sürətlə silahlanma yolu tutub.

ABŞ prezidenti Donald Tramp gurultulu şəkildə bəyan etmişdi ki, Səudiyyə Ərəbistanı ilə silah satışı sahəsində 110 milyard dollarlıq anlaşma imzalayıb. İndiyə qədər həmin müqavilə üzrə cəmi 14 milyard dollarlıq silah alınıb.

Özü də Səudiyyə Ərəbistanı sadəcə ABŞ-dan silah almır. Bəzən ABŞ-ın rəqiblərində olan silahlara da ciddi maraq göstərir.

Səudiyyə Ərəbistanı Ərəb Dünyasını İrana qarşı birləşdirir. ABŞ Konqresindən gizlədilən məlumat “CNN”ə daxil olub. Həmin məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı son illərdə öz ballistik raket proqramını həyata keçirmək üçün Çindən yardım alır. Qeyd edək ki, ballistik raketlər həm də nüvə başlığı daşımaq gücündədir….

“CNN” bildirir ki, Səudiyyə tax-tacının varisi, şahzadə Məhəmməd ibn Salman hələ ötən il bəyan etdi ki, əgər İran nüvə silahı əldə etsə, şübhəsiz ki, biz də mümkün qədər tez nüvə silahı əldə etməyə çalışacağıq.

ABŞ Dövlət Departamenti təkid edir ki, Səudiyyə Ərəbistanı öz nüvə proqramı ilə bağlı açıq siyasət yeridir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. Məhz bu təşkilat ötən ilin iyul ayında Səudiyyə Ərəbistanında yoxlama keçirib. Təşkilat rəsmən bildirib ki, Səudiyyə Ərəbistanının nüvə proqramı sülh xarakterlidir.

O da bəllidir ki, Səudiyyə Ərəbistanı adı açıqlanmayan bir neçə ABŞ şirkəti ilə nüvə texnologiyası ilə bağlı əməkdaşlıq edir.

“CNN” vurğulayır ki, ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner son müsahibələrinin birində Səudiyyə taxt-tacının varisi, şahzadə Məhəmməd ibn Salmanla olan şəxsi münasibətləri ilə bağlı suala cavab verməkdən imtina edib. Onların yaxın olması kimsəyə sirr deyil.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın