Səudiyyə Ərəbistanı irqçi fars rejimin bu ölkəni ittiham etməsinə sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Səudiyyə Ərəbistanı irqçi fars rejimin bu ölkəni ittiham etməsinə sərt cavab verdi.

Səudiyyə Ərəbistanının Xarici İşlər üzrə Dövlət naziri Adil Cübeyr deyib ki, döyüşçüləri maliyyələşdirən İranın başqalarını terrorizmdə ittiham etməyə haqqı yoxdur.

“İran terrorçuların öz əraziləri üzərindən hərəkətinə icazə verən ölkədir. Bu səbəbdən o, başqalarını terrorizmdə ittiham edəcək son ölkədir”, – deyə nazir bildirib.

Qeyd edək ki, irqçi fars rejimin Baş Qərargah rəhbəri ölkənin cənubunda baş verən terror olayının Səudiyyə və BƏƏ tərəfindən maliyyələşdirdiyini iddia etmişdi.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın