Cümə axşamı , Aprel 25 2024
azfa

Səhənd Stadionunda Ciloluq faciəsi və Tiraxtur liderinə azadlıq tələbilə plakardlar qaldırıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci dekabrın 14-də Təbrizdə Traxtur futbol komandası ilə Xuzistanın Fulad komandası arasında keçirilən yarışda 21 Azər – Azərbaycan Milli Hökumətinin ildönümünün azərbaycanlı gənclər və milli-mədəni fəallat tərəfindən anılması ilə yanaşı azərbaycanlı fəallar Ciloluq soyqırımının pislənməsi və Tiraxtur komandası liderilərindən Kazım Koroğlu kimi tanınan Kazım Səfabəxşin azadlıq tələbilə plakardlar qaldırıblar.

Plakardların üzərində yazılan şüarlarda Tehranda irqçi fars rejim tərəfindən yaxalanan və hələ də qeyri-müəyyən şəraitdə həbsdə saxlanılan azərbaycanlı fəal Kazım Səfabəxşin azad edilməsi tələb edilib.

Həmçinin son günlər Qərbi Azərbaycana rejimin təyin etdiyi qeyri-yerli və Antiazərbaycan valinin Güney Azərbaycanda törədilən Ciloluq soyqırımını inkar etməsinə cavab olaraq həmin soyqırım anılıb və bununla bağlı fəallar kütləvi şəkildə üzərində şüarlar yazılmış plakardlar nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın