Cümə axşamı , Aprel 25 2024
azfa

Şərqi Azərbaycan valisindən dolayı yolla rejimin Azərbaycana müstəmləkə siyasətinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminGüney Azərbaycana qarşı müstəmləkə siyasəti o qədər artıb ki, artıq rejimə bağlı şəxslər də etirafa məcbur olurlar.

Məhəmmədrza Purməhəmmədi oktyabrın 21-də 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib ki, Şərqi Azərbaycan valisinin söylədiklərinə görə, Şərqi Azərbaycan vilayətində adambaşına düşən mədəniyyət obyektlərinin sayı İranda mövcud olanların yarısı qədərdir.

Bir məqalədə yazılmışdı ki, ‘Təbrizin əhvalı yaxşıdır, amma siz inanmayın!’ Mən isə deyirəm ki, Təbrizin əhvalı yaxşıdır, amma çox yaxşı deyil.

Vali “İranda çap və nəşrin doğum yeri olan Təbrizin” hazırda “əhvalının çox yaxşı olmadığını” ifadə edib.

“Ölkədə çap və nəşrin doğum yeri Təbrizdir. Müasirlik və onun təzahürlərinin banisi və təqdimatçısı olan Abbas Mirza dönəmindən bəri, Təbriz bu öncüllüyünü qorumuşdur,” Purməhəmmədi bildirib.

O, deyib ki, “hələ də vilayətimizin bütün ölkədə nəşr olunan bir qəzeti yoxdur. Adambaşına düşən mədəniyyət obyektlərimizin sayı ölkədəki orta miqdarın yarısı qədərdir.”

Vali həmçinin iki milyon əhalisi olan Təbrizin kifayət qədər kitabxanası olmadığını önə çəkib.

“Bir məqalədə yazılmışdı ki, ‘Təbrizin əhvalı yaxşıdır, amma siz inanmayın!’ Mən isə deyirəm ki, Təbrizin əhvalı yaxşıdır, amma çox yaxşı deyil,” deyə Məhəmmədrza Purməhəmmədi əlavə edib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın