Şənbə , Aprel 20 2024
azfa

Sanksiyalar Ermənistanda olan irqçi fars rejimin vətəndaşlarını da vurur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimə qarşı sanksiyalar Ermənistan banklarında hesabı olan iranlıları çıxılmaz vəziyyətdə qoyur.

Həmin hesabların dondurulma təhlükəsi var. Problem həmçinin Ermənistanda yaşayan iranəsilli ermənilər üçün də keçərlidir. Onlar hər iki ölkənin vətəndaşı hesab olunurlar.

Erməni mətbuatının yazdığına görə, problem əsasən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərindən sonra aktuallaşıb. İran Milli Bankının Ermənistandakı filalına qarşı sanksiya tətbiq edilib və bu bankda hesabı olan müştərilərə bank hesablarının dondurulacağı xəbərdarlığı olunub.

“Bankdan zəng etmişdilər. Bildirdilər ki, hesabımızın bağlanması vacibdir. Əks təqdirdə bu hesablar dondurulacaq”,- deyə İrəvanda yaşayan İran ermənisi Argin Qaraxanyan deyib.

O, həm də Ermənistan vətəndaşıdır.

Ermənistan Mərkəzi Bankı məsələylə bağlı suallara nə təsdiq, nə də inkar cavabı verir. Bununla belə bankdan bildirilib ki, İran vətəndaşlarına xidmət olunmamasıyla bağlı heç bir banka sərəncam verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

Bir cavab yazın