Sanksiyalara görə irqçi fars rejimdən şirkətlərin çıxması sürətləndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkədə bizneslə məşğul olan Finlandiya şirkətlərinin yarıdan çoxu İranı tərk edib. Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pekka Kosonen açıqlama verib.

“Biz dəqiq rəqəmləri bilmirik. Bir müddət əvvələ qədər İranda 70 Finlandiya şirkəti çalışıb. Hazırda onların sayı 20-30 miqdarındadır. Şirkətlərin İranı tərk etməsinə səbəb ABŞ sanksiyalarıdır. Belə ki, sanksiyalarla əlaqədar AB bankları bank xidmətlərini dayandırıb, üstəlik İrana və İrandan pul köçürmələrinə son qoyulub”, – deyə o bildirib.

İsrail isə İrana qarşı sanksiyaları dəstəkləməyə çağırış edib.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Naom Kats deyib ki, İsrailin digər dövlətləri də bu sanksiyaları dəstəkləməyə çağırdığını bildirib. Kats bu sanksiyalar vasitəsilə İrandan gələn təhdidin qarşısının alındığını deyib.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın