Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Savada azərbaycanlı şair Telimxanın doğulduğu kəndin türkcə lövhəsi sökülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar tanınmış azərbaycanlı şairi Telimxanın dünyaya göz açdığı Mərəğey kəndinin girəcəyindəki türk dilində yazılmış lövhə söküblər.

Güney Azərbaycanın Sava bölgəsində yerləşən kəndin girəcəyindəki lövhə naməlum şəxslər tərəfindən sökülərək dağıdılıb.

Kəndin girəcəyindəki lövhənin üzərində türkcə “Həkim Telimxanın kəndinə xoş gəlibsiz” sözü yazılmışdır.

Qeyd edək ki, həmin lövhə 2009-cu ildə yerli əhali və kənd şurası üzvlərinin təşəbbüsü ilə hazırlanaraq kəndin girəcəyində quraşdırılmışdı.

Mərəğey kəndi Sava bölgəsinin Novbəran vilayətində yerləşir və hər il avqustun 21-də çox sayda insanın iştirakı ilə bu kənddə Telimxanın anım mərasimi keçirilir.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın