Cümə , Dekabr 6 2019
azfa

Savalan mərasimi ilə bağlı rejimin azərbaycanlı fəallara qarşı təzyiqi başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Savalan mərasimi ilə bağlı azərbaycanlı fəallara qarşı təzyiqi başlayıb.

Artıq bir neçə gün öncə rejimin təhlükəsizlik qüvvələri cümə axşamı günü, avqustun 1-də  azərbaycanlı fəal Aydın Zakirni iş yerinə müraciət edərək onu yaxalamışlar.

Rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəalı yaxalarkən onun və yaxınlarının müqaviməti ilə qarşılaşıblar və nəticədə qarşıdurma yaranıb. Məmurlar həmçinin onlara qarşı gözyaşardıcı qazdan istifadə etmişdilər.

Fəal avqust ayının 2-də rejimin Meşginşəhrdə yerləşən İnqilab Məhkəməsinə aparıldıqdan sonra qeyd-şərtsiz azad edilib. Növbətçi hakim fəalın gözlənilən Savalan dağı mərasimində mümkün iştirakı ilə bağlı yaxalandığını bildirib.

Rejimin Savalan dağı mərasimi ərəfəsində digər azərbaycanlı fəallara da hər hansı formada təzyiq göstərdiyi bildirilir.

Həmçinin yoxlayın

Rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd …

Rejim 120 hektar Azərbaycan ərazisini kürd terrorçuların tərəfdarına verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirib Azərbaycandan qoparma …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir