Sayın Mikayıl Oytanın Dağlıq Qarabağda qanunsuz seçkilərlə bağlı məktubuna Avstraliya hökumətindən müsbət cavab -Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta işğalçı ermənilərin Azərbaycan Dağlıq Qarabağ bölgəsində qanunsuz keçirdiklər seçkilərinin ifşası ilə bağlı avstraliyalı rəsmilərə məktubuna müsbət cavab verilib.

Sayın Mikayıl Oytanın məktubuna Avstraliya Hökuməti Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Latin Amerikası işləri üzrə Təhlükəsizlik müşaviri Jeremy Gutterie cavab məktubu göndərib.

Cavab məktubunun bir hissəsində yazılıb: “Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz seçkilərə dair 9 aprel 2020-də göndərdiyiniz məktuba görə təşəkkür edirəm.

Avstraliya Xarici İşlər Nazirliyi adından məktuba cavab yazırıq. Avstraliya hökuməti Azərbaycan hökumətinin davamlı siyasətini  dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilən seçkiləri tanımırıq. Bu seçkilər konstitusiyaya ziddir.

Avstraliya hökuməti ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Səmimi Arzularla: Jeremy Gutterie Avstraliya Hökuməti Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Latin Amerikası işləri üzrə Təhlükəsizlik müşaviri “

Həmçinin yoxlayın

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video GADTB-nin Mətbuat Mərkəzinə daxil …

ABŞ nüvə proqramı ilə bağlı irqçi fars-molla rejiminə təzyiqləri artırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp administrasiyası İranın nüvə razılaşması ilə bağlı tətbiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir