Cümə , Aprel 19 2024
azfa

Sayın Mikayıl Oytanın erməni terroru ilə bağlı Avstraliyanın təhlükəsizlik orqanlarına müraciəti Azərbaycan mətbuatında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiasiyasının (AAA) prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta erməni terroru ilə bağlı Avstraliyanın təhlükəsizlik orqanlarına müraciəti Azərbaycan mətbuatında da əks etdirilib. Bu barədə materialı təqdim edirik:

Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Avstraliya Assosiasiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.

Qeyd edilib ki, “Homenetmen Ararat” və “Hamazkaine Təhsil və Mədəniyyət Cəmiyyəti” terrorizmi dəstəkləmək üçün vəsait toplayır. “Onlar “Banağımıza (ordumuza) kömək edək” adı altında “Facebook” səhifələrindəki paylaşımlarında 119.000 dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi, suriyalı döyüşçülərin və PKK terror təşkilatı üzvlərinin erməni muzdluları ilə birlikdə Azərbaycana qarşı bu müharibədə iştirak etdiyi bildirilir.

Məktub müəllifi nəzərə çatdırıb ki, erməni lobbisinin topladığı vəsait məhz BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini indiyədək işğalda saxlayan Ermənistanın müharibəyə cəlb etdiyi xarici terrorçuları dəstəkləmək üçündür:

“Bu toplanan vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq”.

Soydaşımız təhlükəsizlik orqanlarını bu faktların yoxlanılmasına və terrorçu dəstələrin uzaq və sülhpərvər Avstraliyadan maliyyələşməsinin qarşısını almağa çağırıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın