Cümə axşamı , Aprel 25 2024
azfa

Sayın Mikayıl Oytanın molla rejimin azərbaycanlıların hüququnu pozmasına dair məktubuna cavab verildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycanlıları Assosasiyası prezidenti və GADTB Beynəlxalq Departamentinin sədri sayın Mikayıl bəy Oyta Avstraliya Federal Hökumətinin baş naziri cənab İskat Morisona məktubla müraciət edərək, fars-molla rejimi tərəfindən 40 milyonluq Güney Azərbaycan türkünün hüquqlarının tapdandığı, mədəniyyət, iqtisadiyyat və ətraf mühitini məhv etməsi barədə məlumat verib.

Cənab Oyta məktubunda 40 milyon Güney Azərbaycan türkünün ən ibtidai insan hüququ olan ana dildə təhsildən məhrum edildiyi vurğulanıb. Məktubda beynəlxalq aləmdə qərarların verilməsində qeyd edilən məsələlərin nəzərə alınması qeyd edilib.

Avstraliya Federal Hökumətinin baş naziri cənab İskat Morison tərəfindən yazılan cavabda Avstraliya dövlətinin bu məsələni diqqətdə saxladığı, eləcə də İranda dini və etnik azlıqlarının hüquqlarının qorunmasının zərurətinə təkid edilib. Baş nazir vurğulayıb ki, İranda insan haqları məsələsində Avstraliya dövləti öz mövqeyini yenə ortaya qoyacaq.

Məktuba verilən cavab:

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın