Sidneydə Avstraliya Azərbaycan Asosiyası və GADTB 20 Yanvar anım tədbiri keçirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün yanvar ayının 20-də Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirdilər.

Tədbirdə Avstraliya Azərbaycan Asosiyası Prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Maliyyə Departamentinin sədri sayın Sima xanım və Avstraliya Azərbaycan Asosiyasının üzvü sayın Nazim salahov çıxış ediblər.

Tədbirdə 20 Yanvar faciəsi zamanı vətənimizin azadlıq və istiqlalı uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz sayqı və ehtiramla yad edildi. Həmçinin 20 Yanvar şəhidlərinin sırf Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmələri və 20 Yanvarın ümumi hüzn günü olmaqla yanaşı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğuna təkid edildi.

Sidneydə 20 Yanvarın anım günü tədbirində sayın Mikayıl Oytanın çıxışı

Publicerat av Ali Huseyn Måndag 20 januari 2020

Sidneydə 20 Yanvarın anım günü tədbirində sayın Sima xanımın çıxışı-1

Publicerat av Ali Huseyn Måndag 20 januari 2020

Sidneydə 20 Yanvarın anım günü tədbirində sayın Sima xanımın çıxışı-2

Publicerat av Ali Huseyn Måndag 20 januari 2020

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın