Cümə , Aprel 19 2024
azfa

Sidneydə Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB-nin təşəbbüsü ilə erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bazar günün noyabrın 1-də Avstraliyanın Sidney şəhərində yağışlı havaya baxmayaraq Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin (GADTB) təşəbbüsü ilə Azərbaycan ordusuna dəstək məqsədilə və erməni terroruna etiraz olaraq möhtəşəm avtomobil yürüşü keçirilib.

100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.

Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin dinc əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına çəkiblər.

Avstraliyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanalığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar.

Sidneydə yaşayan ermənilər təxribat törədərək Azərbaycana dəstək yürüşünə mane olmağa çalışıblar. Xüsusilə 2 erməni avtomobili azərbaycanlılara qarşı təxribata əl atdılar. Lakin nə yağışlı hava və nə də erməni təxribatı Azərbaycana dəstək yürüşünə mane ola bilməyib. Avtomobil yürüşü müvəffəqiyyətlə və dinc şəraitdə baş tutduğu üçün polis azərbaycanlı aksiyaçılara öz təşəkkürünü bildirib.

Avtomobil yürüşündən video və şəkilləri təqdim edirik:

https://t.me/GADTB1/4024

https://t.me/GADTB1/4026

https://t.me/GADTB1/4025

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın