Şənbə , Yanvar 25 2020
azfa

Şimali Azərbaycanda Hirkan Milli Parkında yanğının söndürülməsinə helikopter cəlb olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Azərbaycanda avqust 20-də saat 14:00-da Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Həmçinin yoxlayın

Rejimin həbs etdiyi azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yaxaladığı azərbaycanlı milli-mədəni fəal …

İranın terrorçu Sepah təşkilatı Quzey Azərbaycanda dini radikalizmi gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah təşkilatı Quzey Azərbaycanı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir