Cümə axşamı , Aprel 25 2024
azfa

Şimali Azərbaycanda nüvə reaktoru tikiləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirib ki, Şimali Azərbaycanda nüvə reaktoru tikiləcək.

O deyib ki, çox vaxt insanlar yanlış olaraq düşünürlər ki, energetik və ya tədqiqat nüvə reaktoru əhalinin yaşadığı yerdən uzaq olmalıdır. Azərbaycanda Tədqiqat nüvə reaktorunun inşası planlaşdırılır. Tədqiqat Mərkəzinin tikiləcəyi ərazi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 kriteriyasına cavab verməlidir.

Mərkəzin sədr müavini xatırladıb ki, bu ilin aprelində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rusatom – Beynəlxalq şəbəkə” (Rusiya) arasında atom enerjisinin dinc məqsədlərlə istifadə olunması sahəsində kadrların hazırlanmasına dair niyyət protokolu imzalanıb: “Bu memorandum çərçivəsində 6 gənc mütəxəssisimiz Rusiyanın Moskva Fizika- Texniki İnstitutunda təhsillərini davam etdirir. Onlardan üçü magistratura, ikisi bakalavr, biri isə doktorantura pilləsində təhsil alır. Nüvə obyektləri strateji obyektlər olduğundan digər ölkələrin vətəndaşları həmin obyektlərə buraxılmırlar, onların girişi qadağandır. Bu sahədə sırf kitab oxumaq, təhsil almaqla iş bitmir. İşin kifayət qədər praktiki tərəfləri var. Nüvə obyektlərinə getməli, orada tədqiqat işi aparmalısınız. Bunun üçün nüvə tədqiqat obyektlərinə giriş izni olmalıdır. Tərəflər arasında bağlanan memorandum nəticəsində artıq azərbaycanlı tələbələr həmin obyektlərə, qurğulara giriş izni alıblar”.

Cəlal Nağıyev vurğulayıb ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılmasında məqsədlərdən biri də tədqiqat nüvə reaktorunun tikilərək istifadəyə verilməsidir: “Bu reaktordan elektrik enerjisinin alınması üçün deyil, yalnız elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunacaq.

Bu reaktorun hazırlanması üçün biz hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə iki layihə icra edirik. Bunlar həmin reaktorun texniki sertifikasiyasının və strateji planın hazırlanması layihələridir. Bu layihələr artıq iki ildir ki, icra olunur.

Bu layihələr çərçivəsində hansı tip reaktorun tikilməsi, onun gücünün nə qədər olması, hansı eksperimentləri həyata keçirməyə imkan verməsi, hansı tip dərman vasitələri və izotopların istifadə olunacağına dair müzakirələr aparılır. Energetik nüvə reaktorunun tikilməsi ilə bağlı hələlik ölkə rəhbərliyi tərəfindən qərar verilməyib. Lakin ötən ilin yayında enerji sistemində baş verən qəza göstərir ki, mütləq alternativ enerji mənbələrimiz olmalıdır”.

Kimya üzrə fəlsəfə doktoru qeyd edib ki, dövlət tərəfindən tədqiqat nüvə reaktorunun və Sterilizasiya Məqsədli Güclü Qamma Şüalanma Kompleksinin inşası üçün Qobu qəsəbəsində 15 hektar ərazi ayrılıb: “Tədqiqat nüvə reaktorunun tikilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin özünəməxsus kriteriyaları, tələbləri var. Tədqiqat Mərkəzinin tikiləcəyi ərazi ilə bağlı 19 kriteriya var. Buraya seysmik davamlılıq, vulkan aktivliyi, infrastrukturun olması, temperatur, küləyin gücü, qrunt suların səviyyəsindən tutmuş, süxurun möhkəmliyinə qədər bir sıra müxtəlif faktorlar daxildir. Çox vaxt insanlar yanlış olaraq düşünürlər ki, energetik və ya tədqiqat nüvə reaktoru əhalinin yaşadığı yerdən uzaq olmalıdır. Atom Energetikası üzrə Beynəlxalq Agentliyinin 19 tələbindən heç birində tədqiqat nüvə reaktorunun yaşayış məntəqəsindən nə qədər məsafədə olmasına dair tələb yoxdur”.

Cəlal Nağıyev vurğulayıb ki, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə müzakirələr aparılır və tədqiqat nüvə reaktorunun tikiləcəyi yerin dəyişdirilməsi variantı da istisna edilmir.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın