Cümə , Aprel 19 2024
azfa

Şimali və Cənubi Azərbaycan ərazisində türklərin soyqırımı (1918-ci il)

GADTB: Ermənilər 1918-ci ildə türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və tarixi Azərbaycan (Cənubi və Şimali Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyublar. Bu soyqırımı törətməkdə onların məqsədi, Xəzər dənizi sahillərindən Cənubi və Şimali Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhalinin böyük əksəriyyəti də türklərdən ibarət idi. Ermənilərin iddia etdiyi bu ərazinin isə yalnız çox az hissəsində ermənilər zaman-zaman dağınıq halda köçüb yaşayırdı və heç bir şəhər və bölgədə onlar çoxluq təşkil etmirdilər. Cənubi Azərbaycanın qərb bölgəsində isə tamamilə səpələnmiş və əhalinin çox cüzi hissəsini təşkil edirdilər. Yəni onlar heç bir yerdə əhalinin çoxluğunu təşkil etmirdilər və “Böyük Ermənistan” yaratmaq planı isə etnik cəhətdən “təmiz ərazi” tələb edirdi. Ona görə də üç dəniz arasında “xəyalı Ermənistan” dövlətini yaratmaq üçün burada yaşayan azərbaycanlılar və türkləri qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Azərbaycan və Türkiyə ətrazisində türklərin də soyqırımı məhz bu məqsədlə törədilib.

Yenicə üzə çıxan faktlarla sübut edilir ki, ermənilərin planında daha böyük ərazilərin işğalı və əhalinin soyqırımı nəzərdə tutulurdu. Belə ki, Amerikada Milli Erməni İttifaqının (The Armenian National Union of America) 1919-cu ildə nəşr etdiyi “Ermənistan haqqında” (“The Case of Armenia”) adlı əsərdə verilən “Böyük Ermənistan” xəritəsində ermənilərin həmin planı daha aydın şəkildə əks etdirilmişdi. Həmin xəritədə ermənilərin xəyali “Böyük Ermənistan” torpaqları Trabzon, Samsun, Qara dənizdən Ağ dənizədək olan ərazilər, Xəzər dənizi sahillərindən, eləcə də Gəncə yaxınlığından başlayaraq, Kür çayı ilə Xəzər dənizinə qədər uzanan xəttin cənubundakı Salyan, Lənkəran, Mil, Muğan, Qarabağ, Zəngəzur, Gəncə qəzasının dağlıq hissəsi, Naxçıvan, Ordubad, Cənubi Azərbaycandan isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Makı, Salmas və Urmiyanı əhatə edirdi. Ermənilər bu ərazini işğal etmək və ona yiyələnmək üçün çoxluqda olan müsəlmanları qətliam etməyi qərara aldılar. Onlar müsəlman əhalini qətliam etməklə, müsəlman ölkəsində özlərinə müstəqil erməni dövləti yarada biləcəklərinə inanırdılar. Bu terror siyasətinin məqsədi bu idi və bu gün də Azərbaycan Respublikasına qarşı həmin siyasət davam edir.

1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə mülki əhali vəhşiliklə soyqırıma məruz qaldı. Dəqiqləşdirilmiş məlumatlara əsasən 1918-ci iln martında Şaumyanın tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Bakıda 12 mindən çox türk-müsəlman qətlə yetirmiş, onlara məxsus əmlaklar qarət olunmuş və ictimai binalar yandırılmışdı. İrəvan quberniyasında isə 1918-ci ilin mart ayınadək dağıdılmış və tərk edilmiş müsəlman kəndlərinin siyahısında quberniyada 15155 təsərrüfatı təmsil edən 199 kənd (100626 nəfər) göstərilmişdi. Hələ 1918-ci il Bakıda, İrəvanda və s. şəhərlərdə mart soyqırımı baş verməmişdən təxminən bir ay öncə, artıq Cənubi Azərbaycanın qərb bölgəsində ermənilər və aysorlardan ibarət xristian silahlı dəstələri azərbaycanlıların qətliamına başlamışdır. Arazın hər iki sahilində türklərə qarşı soyqırımı 1918-ci ildə başlamış və payıza qədər davam etmişdir. Şimali Azərbaycanda  baş verən soyqırımı hələ Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 15 iyun 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən ətraflı araşdırılmışdır. Araşdırmalar Bakı, Quba, Şamaxı və digər Şimali Azərbaycan bölgələrini əhatə etmişdir. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıda mart qırğını zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilmiş digər vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmalı idi. Təkcə Quba hadisələrinə dair Fövqəladə Təhqiqat Komissiyasının materialları 2007-ci ildə Qubada arxeoloji qazıntılar zamanı yüzlərlə insan cəsədlərinin olduğu bir neçə kütləvi məzarlıqların aşkar edilməsi baxımından bu gün daha da böyük aktuallıq kəsb edir.

Cənubi Azərbaycanın Urmiya və Salmas bölgələrində yuxarıda soyqırım planının icrası üçün ermənilər xristian aysorları da özlərinə birləşdirib, bəzi Qərb dövlətlərinin köməyi və çar Rusiyasının qoşunundan qalan silahlara yiyələnməklə birləşmiş erməni-aysor silahlı dəstələrini yaratdılar. Birləşmiş erməni-aysor silahlı dəstələri 1918-ci ilin fevral ayının 22-dən Urmiya və Salmas bölgəsinin mərkəzi Dilman və digər şəhəri Köhnəşəhərdə, eləcə də ətraf kəndlərdə kütləvi soyqırım törətdilər.

Cənubi Azərbaycanın Urmiya və Salmas bölgəsi soyqırım törətməklə erməni işğalına keçəndən sonra Andranik Xoy şəhərini ələ keçirib, əhalisini soyqırıma məruz qoymaqla gətirdiyi erməniləri  orada yerləşdirmək planının icrasına başladı. Üstəlik o Xoy şəhəri ilə yanaşı, Təsuc, Şəbistər, Mərənd və hətta Təbrizi belə tutmağı, həmin şəhərlərin əhalisini soyqırıma məruz qoymaqla Urmiya və Salmasa yol açmağı qərara almışdı. O Qərbi Azərbaycan ərazisində yaradılan yeni erməni dövləti ilə Cənubi Azərbaycan ərazisində işağl etdikləri ərazini birləşdirib, dənizdən dənizə “Böyük Ermənistan” yaratmağı planlaşdırırdı.

1918-ci ildə regionda ermənilərin törətdiyi qətliam nəticəsində yüz minlərlə türk soyqırımın qurbanı oldu. Təkcə Cənubi Azərbaycanın qərb bölgəsində Soyqırımın törədilməsindən sonra, İran dövlətinin göstərişi ilə 1918-ci ilin ikinci yarısında yaradılan komissiyanın hesabatına əsasən Cənubi Azərbaycanın qərb bölgəsində ermənilərin törtdiyi soyqırım nəticəsində 200 min nəfərədək Azərbaycan türkü soyqırım nəticəsində məhv edildi.

Lakin Osmanlı qoşununun Cənubi Azərbaycana daxil olması azərbaycanlıların birləşmiş erməni-aysor silahlı dəstələri tərəfindən törədilən soyqırımının daha geniş vüsət almasının qarşısını aldı. Həmçinin Osmanlının şərqində – Azərbaycan ərazisində Rusiya və Qərb dövlətləri üçün dayaq nöqtəsi kimi əsrlər öncədən mövcud olan erməni-xristian dövlətinin yaradılma planının cənub qolu iflasa uğradı. Erməni-aysor dəstələrinin Cənubi Azərbaycanın qərb bölgəsini tərk etməyə məcbur olması ilə 6 ay müddətinə onların törətdiyi kütləvi soyqırımından sonra Urmiya, Salmas və bütün ətraf qəsəbə və kəndlərin sağ qalan əhalisi nisbi sakitliyə çatdılar.

Cənubi Azərbaycanla yanaşı Şimali Azərbaycan və Şərqi Anadoluda da yüzminlərlə Azərbaycanlı və türk ermənilərin törətdiyi soyqırımın qurbanı oldu.

Tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın