Şənbə , Aprel 20 2024
azfa

Şiraz zindanında üsyan baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin zindanlarında baş verən üsyanların davamında Şirazın Adilabad zindanında üsyan baş verib.

Fars vilayətinin Prokurorluğunun rəisi Kazım Musəvi üsyana toxunaraq deyib: “Bazar günü, gecə saatlarında Şirazın Adilabad zindanının 2 bölməsində problemli məhbusların saxlanıldığı yerdə üsyan baş verib. Üsyanı zindandakı 3 məhbus başladıb. Üsyanı başladan məhbuslar həbsxananın kameralarını sındırıblar. Ancaq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hər şey nəzarətə alınıb”.

Qeyd edək ki, bundan öncə koronavirusun geniş yayılması səbəbi ilə virusdan qorunmaq istəyən müxtəlif zindanla müvəqqəti azadlıq tələb etmiş, tələblərini eşitdirmək üçün üsyanlar qaldırmışlar. Təbriz, Həmədan Mahabad, Saqqız və s. şəhərlərin zindanlarında üsyan baş verib. Saqqız zindanında 80 nəfər məhbus qaçmağa müvəffəq olub.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın