Çərşənbə , Aprel 24 2024
azfa

Şirazın Şəhər Şurasının sədri qaşqay türklərini təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şirazın Şəhər Şurasının sədri Əhmədrza Dəstğeyb qaşqay türklərini rejim tərəfindən dağıdılan coğrafi hüdudlarını bərpa etməyi tələb etdikləri üçün təhqir etdb.

Məlumata görə, Qaşqayb türkləri Fars vilayətinin valiliyi qarşısında Fars vilayətində özlərinə coğrafi və mənəvi sərhədin tanınması istəyi ilə etiraz aksiyası keçirəndən sonra Şirazın Şəhər Şurasının sədri Əhmədrza Dəstğeyb Şəhər Şurasının açıq iclasında qaşqay türklərini təhqir edib. O deyib: “Belə deyil ki, hər kimsə şəhərə gəlib, özünü Şirazın əhli hesab etsin. Allah Quruculuq Cihadının atasına rəhmət etsin ki, on ədəd körpü tikdi ki, bir qrup gəlib şəhərə və özlərinin şəhər əhli olduqlarını iddia etsinlər”.

Şirazlı bu şovinist şəxs unudub ki, qaşqay türklərinin ərazisi üzərində yaşayırlar və Qaşqay vilayətinin ərazisi Fars və başqa vilayətlərə paylanıb.

Qeyd edək ki, Pəhləvi dövrünün ortalarına qədər Güney Azərbaycanın cənub hissəsindən körfəzə qədər böyük bir ərazidə Qaşqay türklərinin vilayəti olub. Lakin irqçi fars rejim qaşqayları parçalayıb ərtitmək məqsədilə Qaşqay vilayətini parçalayıb müxtəlif vilayətlər yaradıb. Həmin vilayətlərdən də biri Şiraz mərkəz olmaqla Fars vilayətidir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın