Cümə axşamı , Mart 28 2024
azfa

Sulduzda azərbaycanlı milli-mədəni fəallar seçkilərlə bağlı qərar verdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsində azərbaycanlı milli-mədəni fəallar bölgənin şəraiti ilə bağlı olaraq seçkilərdə bir türk namizədi dəstəkləyib parlamentə göndərməyə qərar  verdilər.

Azərbaycanı parçalamaq istəyən radikal kürdlərlə əlaqədar Qərbi Azərbaycan şəhərləri, o cümlədən Sulduzda fərqli şərait olduğu üçün seçkilərlə bağlı azərbaycanlı fəallar xüsusi qərar vermişlər.

Artıq fəallar fevralın 11-də bəyanat yayaraq parlament seçkilərində Hacı Əli Zəncaniyə yekdilliklə səs verəcəklərini bildiriblər. Fəallar Sulduz əhalisinə müraciət edərək bütün azərbaycanlıları fevralın 21-də keçiriləcək seçkilərdə altiv olmağa və Hacı Əli Zəncaniyə səs verməyə çağırıblar. Bundan məqsəd Azərbaycana düşmən qüvvələrin gizli planlarının qarşısını almaqdır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın