Cümə , Aprel 19 2024
azfa

Sulduzda Azərbaycan qiyamının şəhidləri anıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2020-ci il 24 mayda Güney Azərbaycanın Sulduz şəhərində 2006-cı il May qiyamında Azərbaycan türklərinin rejim tərəfindən şəhid edilən övladlarının məzarı üstündə anım mərasimi keçirilib.

Mərasim rejimin təhlükəsizlik orqanlarının ciddi maneə törətməsinə baxmayaraq baş tutub. Azərbaycanlı milli fəallar Seyid Musa Ziya, Əli Hacməhəmmədi, Vəli Azəriun və başqaları hədələnmişdir. Lakin bütün bu hədələrə baxmayaraq anım mərasimi baş tutub.

Qeyd edək ki, 2006-cı il mayın 24-də Cənubi Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılar irqçi fars rejimin Azərbaycan türk millətini təhqir etdiyi üçün mitinqlər keçirilirdi. Rejimin qüvvələri Təbriz, Urmiya və Xiyavda keçirilən mitinqləri atəşə tutdu.

Bunun davamında Sulduzda əhali geniş mitinqlərə davam edirdi və terrorçu sepahın komandanları Hobbi, Rzazadə və Zibainin birbaşa göstərişi ilə əhalinin Sulduzdakı dinc mitinqi gülləboran edildi. Nəticədə çox sayda azərbaycanlı, o cümlədən təkcə Sulduzda Tohid Azəriun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi şəhid edildi.

Sulduzda Azərbaycan şəhidləri anıldı.mp4

Publicerat av Ali Huseyn Måndag 25 maj 2020

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın