Sulduzda azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə posterlər yapışdırıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın Sulduz şəhərində irqçi fars rejimin zindanlarında həbsdə olan azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çox sayda posterlər hazırlayaraq divarlara yapışdırdılar.

Azərbaycanlı fəallar bununla irqçi fars rejimin koronavirus yaydığı zindanlardan azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb ediblər.

Qeyd edək ki, irqçi fars rejim bir sıra məhbusları zaminə buraxsa da hələ də azərbaycanlı siyasi məhbusları sərbəst buraxmayıb.

Rejim azərbaycanlı əhalinin və insan haqları təşkilatlarının da bu brədə çağırışlarına məhəl qoumayıb. Azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və s. milli-mədəni fəallar hələ də rejimin zindanlarında həbsdə saxlanılır və onların həyatı təhlükədədir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın