Bazar , Avqust 18 2019
azfa

Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya

GADTB: Belə nəticəyə gəlmək olar ki, tarixdə türk tayfalarının ilk böyük axını şumerlərə, ikincisi isə oğuzlara aid olmuşdur

Dünya tarixində inqilabi kəşflərin böyük bir qismi şumerlərin adı ilə bağlıdır. Bura ilk yazı, gil kitabə, məktəb, xalq məclisi, bir sıra musiqi alətləri, xəritə və s. daxildir. Hətta şagirdlərin məktəbdən sonra müəllim yanına əlavə hazırlıqlara getməsi də ilk dəfə Şumer cəmiyyətində meydana gəlmiş bir ənənə olmuşdur. Bu qədim xalqın Ubeyd, Uruk və Cəmdət-Nəsr kimi Yaxın Şərq regionunda geniş coğrafiyada yayılmış mədəniyyətləri var. Onların ilkin vətəni haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Şumer tarixi və mədəniyyəti ilə məşğul olan istənilən tədqiqatçı onların e.ə. VII minillikdə Mərkəzi Asiyadan və Altay dağlarından indiki İraq ərazisinə köç etməsi ilə bağlı konsepsiya ilə tanışdır. Lakin şumerlərin Xəzər hövzəsinin yerli sakinləri olan prototürklərlə soy-kök bağlılığından bəhs edən konsepsiyanın necə ortaya çıxdığını və hansı dəlillərlə əsaslandığını yəqin ki, çoxları bilmir.

Şumerlərin müasir türklərin əcdadları ilə eyni soydan gəlməsindən bəhs edən ilk araşdırmalar XIX əsrin ikinci yarısında mixi yazılı qaynaqların tərcüməsi ilə məşğul olan paleolinqvistlərə məxsusdur. Qədim yazıların oxunması sahəsində məşhur olan Arçibaldi Seys Yaxın Şərqdə Sami dillərindən başqa digər qədim dilləri iltisaqi dillər qrupuna aid edərək “Asiatik dillər” (“Asiatic languages”) adlandırmışdır. Bu dillər türk dili kimi iltisaqi dillər olub, əsasən epos ədəbiyyatının dili idi. Şumer, Hurri, Kuti, Lullubi tayfalarının dili də bu dil qrupa aiddir. Amma daha mötəbər qaynaq sayılan arxeoloji dəlillər lazım idi. 1904-cü ildə Türküstanın şərqində amerikan ekspedisiyası bir sıra yeni faktların üzə çıxmasına yardımçı oldu. Bu ekspedisiyanın üzvləri Anau mədəniyyəti ilə Mesopotamiyanın cənubundakı artefaktlar arasında genetik əlaqəni göstərən xeyli sayda abidələr aşkar etdilər. Bu abidələrin bir hissəsi gizli yolla ABŞ-a və Avropaya daşındı. Ekspedisiyaya alman tədqiqatçısı H.Şmidt də cəlb olunmuşdur. XX əsrin ilk onilliklərində Fritz Hommel (1854-1936), daha sonra isə Samuel Noah Kramer (1897-1990) kimi tədqiqatçılar da məhz buradan yola çıxaraq şumerlərin Mesopotamiyaya (konkret olaraq müasir İraqın cənubuna) köçünün məhz Xəzərin şərqindən başlanıldığı fikrini irəli sürmüşlər. Şumerlərin erkən miqrasiyası Xəzərin qərbi və Azərbaycanın cənubu vasitəsilə gerçəkləşmişdir.

Maraqlıdır ki, şumerlərin Mərkəzi Asiyadan köçünü araşdıran ilk ekspedisiyadan cəmi bir neçə il əvvəl ilk türk run yazıları oxunmuşdur. 1895-ci ildə Vilhelm Tomsen və Vasili Radlov tərəfindən Orhon abidələrinin oxunması tədqiqatçıların Şumer dili ilə bu yazıların dili (yəni qədim türkcə) arasında yaxınlığın olması fikrini ortaya qoymuşdur.

2018-ci ilin dekabrında Ermitaj Muzeyinin Şərq xalqlarının qədim tarixini və mədəniyyətini əks etdirən materialları saxlanılan fondlarda çalışdığım zaman bu istiqamətdə bir sıra sənədlərlə və ilkin araşdırmalarla tanış oldum. Burada diqqətimi məşhur alman sinoloqu Otto Frankenin (1863-1946) prototürklərin Yaxın Şərqin qədim mədəniyyətləri ilə genetik əlaqəsini əks etdirən maraqlı araşdırmaları cəlb etdi. O. Franke şumerlərdən sonra iskitləri (İç Oğuzları) Çinlə sərhəddən Yaxın Şərqədək yayılmış türk xalqı hesab edir. Belə nəticəyə gəlmək olar ki, tarixdə türk tayfalarının ilk böyük axını şumerlərə, ikincisi isə oğuzlara aid olmuşdur. Bu miqrasiyanın sonrakı istiqamətləri Qafqazlarda Azərbaycandan Anadoluya və Yaxın Şərqə doğru idi. 

Ramin Əlizadə,

tarixçi alim

Həmçinin yoxlayın

Türkiyə ordusu daha 6 PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu Hakkaridə anti-terror əməliyyatı həyata keçirib. Şemdinli …

Qaqauzlar və onların etnoqrafiyası

GADTB: Bu gün “səyahətimiz“ Avropayadır. Avropa desək də, bu elə bizim öz soydaşlarımız qaqauzların etnoqrafiyasına …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir