Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Suriyada Türkiyəyə qarşı Rusiya və Qərbin fitnəkarlığı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Rusiya, ABŞ və Fransanın Türkiyəyə qarşı fitnəkarlığı davam edir.

Rusiya və Amerika Birləşmiş Ştatları üzərlərinə öhdəlik götürmələrinə baxmayaraq, Suriyada etibarlı bölgədən çəkilməyən separatçı terror təşkilatı YPG/PKK ölkənin şimal-şərqində  – Türkiyə sərhədi yaxınlığında tunel və səngər qazma işlərini davam etdirir. Belə ki, YPG/PKK-nın Türkiyə sərhədində yerləşən Haseki qəsəbəsinin Qamışlı mərkəzi, qəsəbənin şimalı və Qamışlı-Amude arasındakı bölgədə son günlər qazıntı işləri artıb. Bölgəyə çox sayda tikinti texnikası göndərən terror təşkilatı mövcud tunel şəbəkələrini genişləndirir.

YPG/PKK terrorçuları 7 mayda “yol işləri görmə” bəhanəsilə Qamıslı-Amude yolunu mülki keçidə 24 saat bağlayıblar.

Türkiyə ilə Rusiya arasındakı müqaviləyə əsasən, YPG/PKK-lılar sərhəddəki Aynularab (Kobani) rayonundan geri çəkilmək yerinə burada da tunel və səngər qazmağa davam edir.

Terror təşkilatı M4 şossesində yerləşən Ayn İsa şəhərində də qazıntı işləri görür.

YPG/PKK bu tunelləri mümkün hərbi əməliyyatlara qarşı müqavimət və qəfil hücumlara qarşı qazır.

Eyni zamanda Fransa erməni və kürd terrorçularından ibarət Türkiyəyə qarşı yeni silahlı dəstə formalaşdırır.

Xatırladaq ki, Türkiyə 9 oktyabr 2019-cu ildə “Sülh çeşməsi” hərəkatını həyata keçirərkən qarşı tərəflərin istəkləri üzrə ABŞ və Rusiya ilə ayrı-ayrı müqavilər bağladı. ABŞ hərəkatın getdiyi ərazini “etibarlı bölgə” olaraq qəbul etdi və YPG/PKK-nın Türkiyə sərhədindən 30 kilometr uzağa çəkiləcəyi sözünü verdi. Rusiya da 2019-cu ilin 23 oktyabrından özünün hərbi polis və Suriya ordusu qüvvələrini “Sülh çeşməsi” hərəkat bölgəsindən Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə çəkəcəyini, YPG/PKK terrorçularının silahlarıyla birlikdə sərhəddən 30 kilometr kənarlaşdıracağı təminatını üzərinə götürdü. Rusiya rəsmiləri Münbiç və Tel Rıfatdan da silahları ilə birgə YPG/PKK terrorçularını uzaqlaşdıracaqlarını bildirmişdi.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın