Şənbə , Aprel 20 2024
azfa

Suriyada Türkiyənin hərbi konvoyu bombalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətindəki Türkiyə hərbi konvoyuna hücum edib.

Bu məlumatı DHA yayıb. Agentlik türkiyəli hərbçilərin Xan-Şeyxun istiqamətində müşahidə məntəqələri arasında hərəkət edən zaman hücuma məruz qaldığını bildirib.

Hələlik ölən və yaralananlar haqqında heç bir məlumatın olmadığı vurğulanıb.

Türkiyə Müdafiə Nazirliyi İdlib vilayətində türk hərbi konvoyuna edilən hücumla bağlı açıqlama verib.

Bildirilib ki, hücum nəticəsində 3 nəfər mülki vətəndaş həlak olub, 12 nəfər isə yaralanıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın