Şənbə , Aprel 20 2024
azfa

Şuşanın azad edildiyinə sevindiyinə görə İranın yaxaladığı Səid Bəhmənun zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşanın erməni işğalından azad edildiyinə sevindiyinə görə ermənipərəst İran rejiminin yaxaladığı Səid Bəhmənun zaminə buraxıldı.

Azərbaycanlı milli fəalın 500 milyon tümənlik girov müqabilində rejimin Urmiyadakı zindanından müvəqqəti azadlığa buraxılıb.

Səid Behnəmun noyabrın 11-də məhkəmənin sonuna qədər 500 milyon tümən girov müqabilində Çərşənbə axşamı şəhərin mərkəzi həbsxanasından sərbəst buraxıldı.

Azərbaycanlı fəal Şuşanın erməni işğalından azad edilməsinə sevindiyinə görə rejimin məhkəməsi tərəfindən “Sistemə qarşı təbliğat” və “İctimai rəyi çaşdırmaq” ittihamı ilə günahlandırılıb.

Qeyd edək ki, Səid Behnəmun 2020-ci ild 8 noyabrda Şuşanın azad edildiyi gün İran təhlükəsizlik qüvvələri tərəfindən evində saxlanılaraq Urmiya mərkəzi zindanına salınmışdır. Eyni zamanda Səid Behnəmunun atası və qardaşı da saxlanılaraq bir neçə saat dindirildikdən sonra sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın