Bazar , Avqust 25 2019
azfa

Təbiətin bərpa etdiyi Urmiya gölünü yenə rejim qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təbiətin keçən aprel və may aylarında güclü yağıntı və daşqınlar nəticəsində Urmiya gölünü bərpa etsə də, artıq rejim yenə gölə tökülən çayların qarşısını almaqla gölü qurudur.

Əlaqədar dövlət qurumları gölün səviyyəsinin yay mövsümündə azalmasını normal və təbii hal kimi dəyələndirsələr də, bu, ətraf mühit fəallarının narahatlığını azaltmır.

Şərqi Azərbaycan vilayəti regional su şirkətinin eksperti Əqil Əqdəsi su səviyyəsinin oktyabr ayına qədər azalmağa davam edəcəyini bildirib.

İRNA agentliyinə danışan ekspert deyib ki, Urmiya gölünün səviyyəsinin azalma sürəti havanın hərarəti və yağıntı miqdarına görə dəyişə bilər.

Qeyd edək ki, Həsən Ruhani keçən aprel ayında Urmiya gölünün səviyyəsinin yüksəlməsini hökümətinin uğuru olduğunu iddia etmişdi. Türk fəallar və ətraf mühit müdafiəçilərindən əlavə, bəzi siyasətçilər də Ruhaninin iddialarının doğru olmadığını önə çəkiblər.

Ətraf mühit fəalları deyirlər ki, Urmiya gölündə su səviyyəsinin yağıntı mövsümündə yüksəlməsi dövlətin uğuru kimi açıqlandığı halda, suyun səviyyəsinin yay mövsümündə azalması təbii amillərlə əlaqələndirilir.

Ekspertlər Urmiya gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiya kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirirlər.

Həmçinin yoxlayın

Türkiyə Pəncə-3 əməliyyatına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı …

Əhalinin dilənçi kökünə salan irqçi fars rejim yeni raket sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalinin dağıdıcı siyasəti ilə dilənçi kökünə salan irqçi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir