Cümə , Aprel 19 2024
azfa

Təbriz bir qrup əhali valilik binası qarşısında etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, öz haqlarını tələb edən bir qrup əhali Təbrizdə valilik binası qarşısında etiraz aksiyası keçirdi.

Onlar avqustun 25-də bazar günü səhər saatlarında valilik binası qarşısında toplaşaraq aksiya keçiriblər. Onlar rejimin hərbi hava qüvvələri tərəfindən işğal edilmiş yerlərini tələb edib və bu qanunsuzluğa öz etirazlarını bildiriblər.

Qeyd edək ki, Vəqf təşkilatından topaq sahəsi alan bəzi vətəndaşların torpaq sahəsi rejimin hava qüvvələri mənimsəyib. Nəhayət, 2017-ci ildə Hərbi Hava Qüvvələrini məhkəmədə udan vətəndaşlar öz torpaq sahələrini ala bilmirlər. Mitinqdə etirazçılar “yalançıya ölüm” kimi şüarlar səsləndirib, hökumət orqanları tərəfindən edilən zülmün dayandırılmasını istəyiblər.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın