Çərşənbə axşamı , İyun 25 2019
azfa

Təbriz Zindanında azərbaycanlı siyasi məhbus Əmir Səttari aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizin Mərkəzi Zindanında həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəal 2019-cu il iyunun 10-da yaxınları ilə qısa telefon əlaqəsində aclıq aksiyasına başladığını bildirib.

Onun dosyesi ilə bağlı, eləcə də məhkəmə prosesinin ləngiməsinə etiraz olaraq aclığa aksiyasına başladığı bildirilir. Fəal dosyesindəki iradları rejimin təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

Əmir Səttari Təbrizdə universitetin humanitar elmlər sahəsində təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin Təbrizdə yerləşən zindanına salınıb.

Qeyd edək ki, Əmir Səttari 2018-ci il yanvarın 1-də şərlənərək, “daxili təhlükəsizliyinin əleyhinə toplaşma” ittihamı ilə rejimin Təbrizdə yerləşən Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbsə məhkum edilib.

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəalın hazırda bu dosyesinə rejimin Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

Həmçinin yoxlayın

Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlanılıb. …

Qədim Azərbaycan şəhəri Həmədanda azərbaycanlı aşıq Heydər Mahmudi vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qədim Azərbaycan şəhəri olan Həmədanda tanınmış azərbaycanlı aşıq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir