Təbrizdə azərbaycanlı fəallara azadlıq tələbilə posterlər yapışdırılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı fəallara azadlıq tələbilə divarlara posterlər yapışdırılması davam etməkdədir.

Posterlərdə irqçi fars rejimin şərləyərək zindana saldığı azərbaycanlı siyasi məhbuslar və fəallara azadlıq tələb edilib.

Bu məqsədlə fəallar şənbə günü axşam saatları da şəhərin müxtəlif məhəllələrində divarlara posterlər yapışdırıblar.

Posterlərdə hazırda saxta ittihamlarla məhkumluq həyatı yaşamağa məcbur olan bir neçə fəalın şəkili ilə yanaşı türk dilində “Niyə azadlığa çalışanlar həbs edilir” cümləsi də əks olunub.

Hazırda rejimin həbs etdiyi azərbaycanlı fəallardan 32-nin kimliyi dəqiq olaraq müəyyən edilib.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Bir cavab yazın