Cümə , Aprel 19 2024
azfa

Təbrizdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi və İranın müstəmləkəçilik siyasətinə qarşı divarlara şüarları yazılıb- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar divarlara azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə, eləcə də İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətlərinə qarşı şüarlar yazıblar.

Divarlara yazılan şüarlarda Güney Azərbaycan mədənlərinin İran rejimi tərəfindən qarət edilməsinə etirazla yanaşı, rejimin erməni təcavüzünü pislədiyinə görə həbs etdiyi azərbaycalı milli fəalların azadlığı da tələb edilib.

Divar yazılan şüarlar aşağıdakılardan ibarətdir:

– Azərbaycanlı siyasi məhbusları azad edin! (farsca)

–  Azərbaycanın siyasi məhbusları azad olsun! (Azərbaycanca)

–  Azərbaycan milləti zülm və müstəmləkəçilik qarşısında susmayacaq!

– (Güney) Azərbaycanın mədənlərinin qarət edilməsinə yox!

–  (Güney) Azərbaycanın iqtisadiyyatı çökür!

– Şah= Şeyx, (Güney) Azərbaycan iqtisadiyyatı məhv olmaq yolunda irəliləyir!

–  (Güney) Azərbaycan faşist müstəmləkə əsarətindədir!

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın