Şənbə , Aprel 20 2024
azfa

Təbrizin Mərkəzi zindanında üsyan: məhbuslara atəş açılır- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin Mərkəzi zindanında üsyan baş verdiyi bildirilir. Bnunla bağlı yayılan videodan da atəş açıldığı müşahidə edilir.

Zindanın daxilindən mətbuata sızdırılan məlumata görə zindanın 9-cu bölməsinin məhbuslar iki əsgərin silahını ələ keçirib və atəş açmaqla başqa məhbusları girov götürmüşlər. Onların heç kimi giriş və çıxışına icazə vermədiyi bildirilir.

Zindanın üçlük bölməsində məhbuslar adyalları toplayaraq yandırıblar. Ona görə də zindanın tüstü bürüyüb.

Zindanın 7-ci bölməsində məhbuslarla rejimin təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdiyi bildirilir.

Xüsusi qvardiya zindanın ətrafına yeridilib və zindanı nəzarətdə saxlayırlar.

Bundan öncə isə məhbuslardan bəzilərinin qaçmağa müvəffəq olduğu və atışma nəticəsində yaralananların olduğu bildirilirdi.

Qeyd edək ki, rejimin Çindən gətirdikləri koronavirusu Qumda, oradan isə başqa şəhərlərdə yaydıqdan sonra bir sıra zindanlarda üsyan baş verib.

Təbriz zindanına üsyan baş verib, məhbuslara qarşı küçələrdə atəş açılır

Publicerat av Ali Huseyn Torsdag 26 mars 2020

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın