Cümə , Avqust 14 2020
azfa

Təbrizli təqaüdçülərin 57%-i aldığı təqaüdlə alıcılıq qabiliyyətinə malik deyillər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin pulunun dəyərdən düşməsi, eləcədə təqaüdüdn artırılmaması üzündən Şərqi Azərbaycan vilayətində təqaüd alan insanların 57 faizinin aldığı təqaüdlə alıcılıq qabiliyyətini itirdikləri bildirilir.

Təbriz Təqaüdçülər Birliyinin sədri Kərim Sadıqzadə Təbrizi bu barədə deyib ki, hökumət yaxın zamanlarda Təqaüdçülər Fonduna olan borcunu ödəmək və təqaüdə çıxan işçilərin pensiyasını qaldırmaq məqsədi ilə müəyyən vəsait ayırsa da, nəzərdə tutulan rəqəm onların ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Hökumət pensiyaçıların məişət problemlərini həll etmək üçün ciddi tədbirlər görməlidir.

Sadıqzadə Təbrizi bundan öncə Şərqi Azərbaycan vilayətində təqaüdçülərin 85 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirmişdi.

Qeyd edək ki, keçən il şəhərlərdə minimum əmək haqqı 4 nəfərlik ailə üçün 3 milyon 400 min tümən müəyyən edilmişdi. Bu rəqəm isə ölkədəki yüksək inflyasiyaya görə olduqca aşağıdır. Rəsmi hesablamalara görə, minimum əmək haqqı üçün müəyyən edilən məbləğ əhalinin 55 faizinin gəlirindən daha çoxdur. Bu isə ölkədə fəlakətli vəziyyətin olduğunu sübut edir

Həmçinin yoxlayın

Rejimin Ərdəbildəki baş prokuroru siyasi məhbus Abbas Lisanini yas mərasiminə buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayi …

Türkiyə ZAHA hərbi maşınını təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ZAHA zirehli amfibiya hücum vasitəsi yaxın zamanda Türkiyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir