Təbriz əhalisinin 3-də biri zəlzələyə davamı olmayan evlərdə yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin ayrıseçkilik siyaəsti nəticəsində Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə əhalinin yoxsullaşması nəticəsində əhalinin 3-də biri zəlzələyə davamı olmayan evlərdə yaşayır.

Dünən zəlzələyə qarşı davamlılıq günü münasibətilə açıqlanan bu statistikaya görə Təbrizdə və Güney Azərbaycanda bu barədə vəziyyətin olduqca acınacaqlı olduğunu üzə çıxarıb. Təkcə Təbrizdə 450 min mənəfər yəni əhalinin 3-də 1-i şəhər kənarlarında ən kiçik yer titrəməsinə davamı olmayan evlərdə yaşamağa məcburdurlar. Ən kiçik zəlzələ burada böyük insan tələfatına və faciəyə səbəb ola bilər.

Qeyd edəkm ki, digər Azərbaycan vilayətləri, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və s. azərbaycanlıların yaşadığı vilayətlərdə də oxşar vəziyyət mövcuddur. Qərbi Azərbaycanda insanlar 30 min hektar ərazidə köhnə və ən kiçik zəlzələyə davamı olmayan evlərdə yaşayır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın